...

Səfir: Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində maksimal surətdə konstruktiv və düzgün hərəkət etməyə çalışır

Siyasət Materials 2 Fevral 2007 12:53 (UTC +04:00)
Səfir: Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində maksimal surətdə konstruktiv və düzgün hərəkət etməyə çalışır

Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində maksimal surətdə konstruktiv və düzgün hərəkət etməyə çalışır. Trend xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bugünkü mətbuat konfransında bildirib.

Rusiya prezidenti V.Putinin Kremldəki mətbuat konfransında bu məsələ üzrə dünənki bəyanatlarına toxunan diplomat Rusiyanın mövqeyini bir daha təsdiq edib. Onun sözlərinə görə, bu mövqe ondan ibarətdir ki, münaqişənin həlli bu mərhələdə kifayət qədər mürəkkəb fazadadır və Minsk qrupunun həmsədr ölkələrindən daha çox tərəflərin mövqeyindən asılıdır. Sonra səfir qeyd edib ki, Ermənistan ərazisində olan Rusiyanın hərbi bazaları heç bir şəkildə hər hansı ölkəyə, o cümlədən Azərbaycana qarşı yönəldilməyib.

Xəbər lenti

Xəbər lenti