...

Səfir: Rusiya Qəbələ RLS-in icarə şərtlərinə yenidən baxılması üzrə dialoq üçün açıqdır

Siyasət Materials 2 Fevral 2007 14:07 (UTC +04:00)

Rusiya Qəbələ RLS-in icarəsi haqqında sazişin şərtlərinə yenidən baxılması üzrə dialoq üçün açıqdır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov fevralın 2-də məlumat verib.

O qeyd edib ki, Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarəsi haqqında saziş mövcuddur. Orada icarə haqqı, sazişin etibarlılıq müddəti, sazişin yenidən baxılmasını və ya onun saxlanmasını nəzərdə tutan mexanizmlər göstərilib.

Diplomat bildirib ki, əgər Azərbaycan tərəfində icarə haqqını yenidən baxılması haqqında sual yaranırsa, o zaman rəsmi şəkildə Rusiya tərəfinə müraciət etməlidir.

Bu zaman beynəlxalq hüquqa uyğun hərəkət etmək lazımdır.

"Hələ bizə belə müraciət daxil olmayıb, lakin biz dialoq üçün açıqıq", - deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiya tərəfi Azərbaycana satdığı qazın qiymətini qaldırdıqdan sonra Azərbaycan Milli Məclisində Qəbələ RLS-in istismarına görə Rusiyanın icarə haqqının artırılması haqqında təkliflər səslənib.

Xəbər lenti

Xəbər lenti