...

"Rusiyada yaşayan azərbaycanlıların iki probleminin həllinə nail olduq"-Nazirliyin Miqrasiya İdarəsinin rəisi

Siyasət Materials 5 Fevral 2007 11:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər və Xarici İşlər Nazirliyinin nümayəndələri Rusiya Federasiyasına səfəri çərçivəsində bu ölkənin nazirliklərinin rəsmi nümayəndələri ilə görüş keçiriblər. Bu barədə Trend ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev məlumat verib.

O, bildirib ki, Moskvada keçirilən görüşdə Rusiya tərəfdən Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin, Federal Miqrasiya Xidmətinin, Sərhəd Xidməti Departamentinin məsul şəxsləri iştirak ediblər. Azərbaycan nümayəndə heyəti Rusiyada miqrantların hüquqi statusu haqqında yeni qanunun tətbiqi ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlıların bəzi problemlərini diqqətə çatdırıb və təkliflərini veriblər: "Biz əsasən iki məsələni qaldırdıq və bunun həllinə də nail olduq. Birincisi, yeni qanunun tələbinə görə hazırda Rusiya ərazisində yalnız o şəxslərə ticarətlə məşğul olmağa icazə verilir ki, onların miqrasiya kartında Rusiyaya gəlməkdə məqsədinin işləmək olduğu göstərilsin. Miqrasiya kartında başqa səbəblər göstərmiş şəxslərə isə işləməyə icazə verilmir. Biz təklif etdik ki, bu qadağa yeni qanun çıxandan sonra Rusiyaya gəlmiş və ya gələcək miqrantlara şamil edilsin, bundan əvvəl gəlmiş şəxslərə qadağa qoyulması isə düzgün deyil. Rusiya nümayəndələri bu təklifi razılıqla qarşıladılar və nəzərə alınacağını b

ildirdilər".

İkinci problem isə Rusiya ərazisində azərbaycanlılara paylanılan Azərbaycan Respublikasının pasportlarında ölkəyə giriş ştampının olmaması və bu səbəbdən həmin sənədlərin saxta pasport kimi qəbul edilməsidir. Azərbaycan nümayəndələri təklif ediblər ki, Rusiya ərazisində azərbaycanlılara verilən pasportlara Azərbaycan Respublikasının Rusiyadakı Konsulluqlarının möhürü vurulsun və bununla həmin sənədlər qanuni hesab edilsin. Bu təklif də qəbul olunub və Rusiya nümayəndələri ilə razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti