...

ABŞ dövlət katibinin müavini Xaçmazdadır

Siyasət Materials 5 Fevral 2007 15:53 (UTC +04:00)

ABŞ dövlət katibinin müavini Kolin Qrafi Azərbaycanın Xaçmaz rayonundadır. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Bir müddət öncə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimi əlaqələr idarəsi başçısı Conatan Xenikin Trend ə bildirdiyi kimi, K.Qrafi Azərbaycanda üç günlük səfərdə olacaq - fevralın 7-nə qədər.

Səfərin birinci günü K.Qrafi Xaçmaza ziyarət edəcək, burada mədəniyyət və turizm naziri ilə razılaşma imzalanması planlaşdırılır. Daha sonra dövlət katibi müavininin Xarici İşlər Nazirliyində, eləcə də QHT nümayəndələri ilə və b. görüşlər keçirməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti