...

ADP-nin MNTK-sı Ali Məclis sədri A.Şahbazovun sərəncamını ləğv etdi

Siyasət Materials 9 Fevral 2007 19:47 (UTC +04:00)

Azərbaycan Demokratik Partiyası (ADP) Mərkəzi Nəzarət təftiş Komissiyasının (MNTK) fevralın 9-da keçirilən iclasında Ali Məclisin sədri Akif Şahbazovun 07.02.2007-ci il tarixli sərəncamını ləğv etdi. Bu barədə Trend ə Akif Şahbazov özü məlumat verib.

Qeyd edək ki, bu il ADP-nin Ali Məclisi 27 yanvarda partiyanın hakimiyyətlə siyasi dialoq qurması və ona qarşı konstruktiv mövqedə dayanması barədə qərar çıxarıb. Bu qərar ADP-nin sədri Rəsul Quliyev tərəfindən təsdiq və qəbul edilmədiyindən A.Şahbazov fevralın 7-də həmin qərarın ləğvinə dair sərəncam verib. Bundan sonra ADP rəhbərliyi A.Şahbazovu səlahiyyətlərini aşmaqda ittiham edərək onun barəsində tədbir görülməsi üçün MNTK-ya müraciət edib.

MNTK-nın iclasında A.Şahbazovun 7 fevral tarixli sərəncamı ləğv olundu, lakin onun barəsində inzibati tədbir görülməsi üçün müraciətin Ali Məclisə göndərilməsi qərara alındı. Çünki ADP-nin Nizamnaməsinə görə, partiya üzvünün barəsində intizam tədbirinin tətbiqi qaydası MNTK-nın səlahiyyətinə aid deyil. Akif Şahbazov bildirib ki, onun sərəncamının ləğv edilməsi qanunsuzluq və Nizamnaməyə ziddir. Lakin MNTK-nın onun barəsində intizam tədbir görməməsi isə düzgün qərardır: "Bu, ən azı onu göstərdi ki, MNTK Sərdar Səlaloğlunun şəxsi icra aparatı deyil".

A.Şahbazov qeyd edib ki, partiyanın 27 yanvar tarixli qərarı ilə bağlı Ali məclisin yenidən iclası çağırılacaq. Həmçinin iclasda A.Şahbazovun məsuliyyət məsələsinə baxılacaq. A.Şahbazovun sözlərinə görə, Nizamnaməyə görə, məsuliyyəti nəzərdə tutan 4 hal müəyyən edilib və ilk iclasda onlardan yalnız biri tətbiq edilə bilər: "Funksionerin məsuliyyət tədbirləri 4 mərhələdən keçməli, sıravi pariya üzvlüyünə endirilə və ən sonda pariya sıralarından xaric edilə bilər. Mənim fikrimcə, mənim barəmdə bu tədbirlərdən heç biri görülməyəcək"-deyə A.Şahbazov qeyd edib.

Xəbər lenti

Xəbər lenti