...

Müdafiə naziri Səfər Əbiyev: "Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı qətiyyətlə tələb etmək vaxtıdır"

Siyasət Materials 12 Fevral 2007 13:04 (UTC +04:00)

Fevralın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Piter Rodmanı və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-ABŞ və Azərbaycan-NATO münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Səfər Əbiyev Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti ilə apardığı danışıqların və münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinin heç bir nəticə vermədiyini qonaqların diqqətinə çatdırıb. Nazir qeyd edib ki, bütün beynəlxalq hüquq normalarını pozan və Azərbaycan torpaqlarını zəbt edən Ermənistan dövlətindən işğal etdiyi torpaqları boşaltmağı qətiyyətlə tələb etmək vaxtıdır.

Podman cavab olaraq bildirib ki, ABŞ Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti