...

YUNİCEF-in təşkilatçılığı ilə Gəncədə De-institulizasiya mövzusunda seminar keçirilir

Siyasət Materials 13 Fevral 2007 17:56 (UTC +04:00)

YUNİCEF-in təşkilatçılığı ilə Gəncədə "Uşaqların Dövlət himayəsindən ailə şəraitində böyüməsinə doğru: müzakirələr, müsbət təcrübələr və gələcək üçün vasitələr (De-institulizasiya)" mövzusunda iki günlük seminar keçirilir. Trendin Qərb Bürosunun məlumatına görə tədbirdə Qərb bölgəsinin 11 rayonun icra hakimiyyəti başçılarının müavinləri iştirak edir.

İtaliyadan olan ekspertlərin iştirak etdiyi seminara rayonların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiyəsi komissiyasının üzvləri də qatılıb. İtaliyalı ekspert Danieli Kitti çıxışında bildirib ki, YUNİCEF və Edusaid İtaliya təşkilatı "Hazırda mövcud olan təcrübələri üzə çıxarmaq və uşaqların rifahı sistemində əsas iştirakçıların müəyyən edilməsi və onların haqqında məlumatın yayılması" adlı layihə həyata keçirir. Artıq layihə çərçivəsində bir sıra işlər görülüb.

YUNİCEF-nin Xüsusis qayğıya ehtiyacı olan uşaqlar üzrə proqramının rəhbəri Dilarə Babayeva və digər şəxslər seminarda çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti