...

MDB ölkələrinin güc idarələrinin başçıları Astanada görüşəcəklər

Siyasət Materials 15 Fevral 2007 16:22 (UTC +04:00)

MDB ölkələrinin güc idarələrinin başçıları aprelin 25-26-da Astanada Birlik ölkələrinin güc idarələri rəhbərlərinin Koordinasiya müşavirəsində görüşəcəklər. Bu barədə Trend MDB İcraiyyə komitəsinə istinadən xəbər verir.

Müşavirədə ötən il üzrə fəaliyyətin hesabatı müzakirə olunacaq, Birliyin iştirakçı-dövlətlərinin əməkdaşlığının gələcək inkişafı üzrə tədbirlər planı təsdiq olunacaq.

Görüş iştirakçıları MDB-nin iştirakçı-dövlətlərinin hərbi-texniki əməkdaşlıq məsələlərinə baxacaq, bu sahədə problem və perspektivləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti