...

Rusiyanın rabitə nazirinin müavini : Azərbaycanın rabitə bazarı Rusiya şirkətləri üçün maraqlıdır

Siyasət Materials 21 Fevral 2007 15:23 (UTC +04:00)
Rusiyanın     rabitə     nazirinin     müavini  :   Azərbaycanın     rabitə     bazarı     Rusiya     şirkətləri     üçün     maraqlıdır

Azərbaycan, Bakı / Trend , müx. S.Babayeva / Azərbaycanın rabitə bazarı iri miqyaslı özəlləşdirmənin astanasındadır və o, Rusiya şirkətləri üçün real şəkildə maraqlıdır. Bu barədə Trend ə çərşənbə günü Rusiya Federasiyasının informasiya texnologiyaları və rabitə nazirinin müavini Dmitri Milovantsev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın bazarı həm informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin reallaşdırılması, həm də bu perspektiv sektora investisiyalar mövqeyindən Rusiya şirkətləri üçün maraqlıdır.

"Azərbaycan Rusiya ilə həmsərhəddir, öz neft-qaz ehtiyatlarına malikdir və bu ehtiyatlar sərbəst ixrac siyasətinin aparılması üçün kifayətdir. Bütün bu üç meyar iqtisadiyyatın əsas sahələrində, hər şeydən əvvəl neft və telekommunikasiya sektorunda Rusiya və Azərbaycanın əməkdaşlığının xeyrinədir", - deyə o bildirib.

Nazir müavini bildirib ki, ekspert qiymətləndirmələrinə görə, 2006-cı ildə Azərbaycanın telekommunikasiya bazarının həcmi 362 mln. ABŞ dollarına çatıb. Bu, orta hesabla Azərbaycanın ÜDM-in təxminən 5%-dir. Hazırda Rusiyanın kapitalı yalnız Azərbaycanın bir telekommunikasiya operatorunda mövcuddur: AzEuroTel təsbit edilmiş rabitə operatorunun səhmlərinin 50%-i "LUKoyl" neft şirkətinə məxsusdur (Onun britaniyalı qızı Lukoil Europe Ltd. vasitəsilə).

Xəbər lenti

Xəbər lenti