...

Standard Insurance SŞ 2006-cı ilə yekun vurub

Siyasət Materials 21 Fevral 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. Ü.İsmayılova / Standard Insurance sığorta şirkəti 2006-cı ildəki fəaliyyətinin yekunlarını elan edib. Çərşənbə günü şirkətdən verilən məlumata görə, şirkətin 2006-cı ildə topladığı sığorta mükafatlarının ümumi həcmi 8,34 milyon manat təşkil edib, bu isə 2005-ci ilin analoji göstəricisindən 36 faiz çoxdur.

Hesabat ilində könüllü avtomobil sığortası üzrə toplanmış mükafatların həcmi 3,81 milyon manat təşkil edib və bu, 2005-ci ilin analoji göstəricisindən 39 faiz çoxdur.

2006-cı ilin yekunları üzrə, əmlak sığortası üzrə toplanmış mükafatların həcmi 30 faiz artaraq, ümumilikdə 2,34 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin məlumatlarına görə, Standard Insurance şirkətinin sığorta mükafatları 2006-cı il ərzində 8,39 mln. manat, sığorta ödənişləri isə 1,97 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti