...

Kanadanın Monreal şəhərində Azərbaycan dilində radio proqram yayımlanacaq

Siyasət Materials 22 Fevral 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ 25 fervral 2007-ci il tarixindən etibarən Kanadanın Monreal şəhərində Azərbaycan dilində radio proqramın yayımlanmasına başlanacaq. Bu barədə məlumat verən Kvebek Azərbaycanlıları Assosiasiyasının (KAA) sədri Məsud Əliyevin sözlərinə görə, verilişlər hər bazar günü yerli vaxtla səhər saat 9.00-dan 9.30-a qədər CKDG 105.1 FM radio stansiyasında efirə çıxacaq.

Proqramın prodüsseri Məsud Əliyevin özüdür. Kanada Azərbaycan Qadınları Assosiasiyasının sədri Tünzalə Bağırova da verilişlərin hazırlanmasında fəal iştirak edəcək. KAA sədri bildirib ki, Azərbaycan dilində radio verilişlərinə başlamaqda əsas məqsədlərdən biri Monreal və ona yaxın ərazilərdə yaşayan soydaşlarımızı bir yerə toplayan mərkəz yaratmaqdır: "İkinci məqsədimiz burada yaşayan başqa millətlərin nümayəndələrinə mümkün olduğu qədər Azərbaycan xalqı, onun tarixi, mədəniyyəti, musiqisi haqqında məlumat verməkdir". M.Əliyev qeyd edib ki, radio proqramda Dağlıq Qarabağ münaqişəsi haqqında da kanadalı dinləyicilərə obyektiv və ətraflı məlumatlar veriləcək, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklərdən və terror aktlarından danışılacaq. Onun sözlərinə görə, radio verilişlərində ingilis və fransız dillərindən də geniş istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti