...

İranın nəqliyyat naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 22 Fevral 2007 18:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/1-2 mart tarixində İran İslam Respublikasının nəqliyyat naziri Məhəmməd Rəhməti Azərbaycana gələcək. İranın Azərbaycan səfirliyindəki mətbuat katibi Məcid Feyzullainin sözlərinə görə, İran nazirinin Azərbaycana səfəri çərçivəsində avtomobil və dəmir yolu əlaqəsi sahələrində məsələlər, həmçinin Şimal-Cənub dəhlizi və digər layihələr müzakirə olunacağı planlaşdırılıb. İran nazirinin Bakıya səfəri ərəfəsində İran hökumətinin ekspertlərinin səfəri gözlənilir. İranın Azərbaycandakı səfiri Əfşar Süleymaninin öncə verdiyi məlumata əsasən, səfər çərçivəsində ikitərəfli müqavilənin imzalanması mümkündür və hazırda Azərbaycanın Nəqliyyat Nazirliyi ilə iş aparılır.

Xəbər lenti

Xəbər lenti