...

Azərbaycan dövlət dəmir yolu Gürcüstanın Kulevi limanına neft məhsulları nəql etmək niyyətindədir

Siyasət Materials 23 Fevral 2007 13:54 (UTC +04:00)

Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) Türkmənistan, Qazaxıstan və Azərbaycanın neft məhsullarını Gürcüstanın Kulevi limanına qədər nəql etmək niyyətindədir. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə ADDY başçısı Arif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın Kulevi limanı tikinti mərhələsindədir. "Bizdə olan məlumata görə, liman apreldə istismara verilməlidir", - deyə o bildirib.

"ADDY-nin bu layihədə iştirak etmə marağı daşınmaların həcminin ümumi artımından ibarətdir. Kulevi istismara verildikdən sonra ADDY limana qədər yük daşınmaları ilə məşğul olmağı qarşısına məqsəd qoyub və biz nə qədər çox yük daşısaq, bir o qədər yaxşıdır", - deyə o bildirib.

Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin mülkiyyətində olan Kulevi terminalının yüklənib boşalma gücü 10 mln. ton təşkil edir. Çən parkının ümumi tutumu - 320 min kub metrdir. Yüklənib boşalmanın gücünün 20 mln. tona nədər artırılması və çən parkının 380 min kub metrə qədər artırılması planlaşdırılır. Dörd dəmir yolu ilə terminala 168 sisternin çatdırılması mümkündür. Giriş kanalının və 3 körpünün tikintisi başa çatıb.

Kulevidə həmçinin neft və neft məhsullarının yoxlanması üzrə beynəlxalq standartlara cavab verən laboratoriya və 9 yardımçı xidmət gəmisindən ibarət mobil flotiliya fəaliyyət göstərir. ARDNŞ-in mülkiyyətində olacaq dəmir yolunun və qazın yüklənməsi üçün xüsusi estakadaların çəkilişi üzrə işlər görülür.

Xəbər lenti

Xəbər lenti