...

Tərtər Rayon Polis Şöbəsinə sakinlər könüllü olaraq silah - sürsat təhvil veriblər

Siyasət Materials 23 Fevral 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bərdə /müxbir Trend Ş.Cəliloğlu/ Tərtər rayon polis şöbəsinin apardığı profilaktik tədbirlər nəticəsində sakinlərdən könüllü olaraq silah-sürsat yığılıb. Rayon polis şöbəsinin rəis müavini Məhərrəm Əliyevin verdiyi məlumata görə, əhalidən 5 ədəd avtomat, 3 ədəd od tüfəngi, 1 ədəd lülləyi və qundağı kəsilmiş beşatılan, 3 ədəd qumbara, 2 ədəd müxtəlif markalı tapança, 2 ədəd işıqlandırıcı və tüstüləyən partlayıcı, 1 ədəd pulemyot qatarı, 4 mindən çox müxtəlif silahların gülləsi sakinlərdən yığılıb. Bütün silah-sürsatlar Daxili İşlər Nazirliyinin aidiyatı idarələrinə göndəriləcək.

Qeyd edək ki, Tərtər rayon polis şöbəsi bu cür tədbirləri hələ də davam etdirir.

Xəbər lenti

Xəbər lenti