...

Fəzail Ağamalı: "Xaricdə oturub İnternet vasitəsi ilə partiya idarə etmək olmaz"

Siyasət Materials 27 Fevral 2007 18:08 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Əlizadə/Rəsul Quliyevin ADP-dən uzaqlaşdırılması gözlənilən hal idi. Çünki xaricdə oturub İnternet vasitəsi ilə partiya idarə etmək olmaz. Bu barədə jurnalistlərə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun fikrincə, R.Quliyevin xarakterində qorxaqlıq var: "Onun təyyarə ilə gəlib hətta Azərbaycanın hava məkanına daxil olmadan geri qayıtması siyasi karyerasına çox ciddi zərbələr vurdu. Ona görə də Sərdar Cəlaloğlu və onun kimi düşünənlər oturub fikirləşdilər ki, bu cür insanla bir yerdə olmaq mümkün deyil. Ona görə də belə bir qərar qəbul etdilər".

F.Ağamalı deyib ki, ADP qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu ilə görüşüb və baş verən son prosesləri müzakirə ediblər.

"Mən ölkədəki bütün siyasi partiyaların liderləri ilə görüşməyi məqbul hesab edirəm. Çünki biz siyasətçiyik və görüşlərdə müxtəlif məsələlər müzakirə oluna bilər", deyə AVP sədri bildirib.

Xatırladaq ki, iqtidaryönlü Ana Vətən Partiyası 1991-ci ildə yaradılıb. Partiya Milli Məclisdə 2 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti