...

"Dona Vine" və "Aroma" Azərbaycana keyfiyyətli şərablarını dünya bazarında irəli çəkməyi tövsiyyə ediblər

Siyasət Materials 28 Fevral 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycanın "Aqro-Azərinvest" ASC Kişinyovda şərabçılıq və üzümçülük üzrə beynəlxalq sərgi-konfransda iştirak edib. Bu barədə şirkətdən məlumat verilib.

"Aqro-Azərinvest" sərgidə Azərbaycan üzümünün yeni növlərini və istehsal olunan "Qəbələ", "Nazlı" markalı şərabları, "Arqus" konyakını nümayiş etdirib. Tanınmış dünya şirkətlərinin ("Dona Vine", "Aroma" və b.) mütəxəssisləri təqdim olunan şərabların keyfiyyətini yüksək qiymətləndirib və bu məhsulları dünya bazarlarında irəli çəkməyi tövsiyyə ediblər.

"Aqro-Azərinvest"in başçısı Vidadi Vəliyev şərab istehsalçıları, o cümlədən Fransa, İspaniya, Almaniya, Rumıniya, Serbiya ilə əməkdaşlığın perspektivlərini müzakirə edib və həmin ölkələr həmçinin vurğulayıblar ki, Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndirirlər.

Sərgidə iştiraka görə və təqdim etdiyi keyfiyyətli məhsula görə "Aqro-Azərinvest" diplomlar və sertifikatlar alıb.

Təsisçisi Gilan MMC olan "Aqro-Azərinvest" 2004-cü ildə yaradılıb.

Şirkət 75%-dən çox texniki növ, təxminən 25% yemək və kişmiş növləri, eləcə də eksperiment kimi - Fransadan (Merlot, Shardone, Alekant, Verdo, Marselan, Sultanin, Danita, Karinon, Prima və b.), Krımın Maqaraç üzümçülük institutundan (Muskat, Karaburnu, Krım Mirvarisi, Maqaraç Sitronu, Kardinal, Rislinq, Krasen və b.), eləcə də İran və Gürcüstandan gətirilmiş kolleksiya və elit üzüm növlərini yetişdirib. Əkilən növlərin cəmi təxminən 100-dür.

"Aqro-Azərinvest"in üç əsas istiqaməti var: şərabçılıq, yemək üzümçülüyü, quru üzüm istehsalı. Kolleksiya konyakdan, müxtəlif təbii quru, yarımquru, şirin, kəmşirin ağ və qırmızı şərab adlarından ibarətdir.

Xəbər lenti

Xəbər lenti