...

Azərbaycanın Los-Ancelesdəki baş konsulu: Azərbaycan iqtisadiyyatı 2006-cı ildə görünməmiş göstəriciyə - 35%-ə nail olub

Siyasət Materials 2 Mart 2007 12:24 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki baş konsulu: Azərbaycan iqtisadiyyatı 2006-cı ildə görünməmiş göstəriciyə - 35%-ə nail olub

Azərbaycan, Bakı/müxbir Trend A.Qasımova/"Azərbaycan iqtisadiyyatı 2006-cı ildə görünməmiş göstəriciyə - 35%-ə nail olub". Bu barədə Salt Lake Tribune qəzetinə müsahibəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov deyib.

"Bu rəqəm əsasən energetika hesabına tamamlanıb. Daha çox artım nəqliyyat, rabitə və tikinti kimi sahələrdə müşahidə edilir. Yuxarıda göstərilən sahələrlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi və turizm sahələri də Yuta şirkətləri üçün cəlb edici ola bilər. Ümid edirik ki, universitetlər arası mübadilə proqramı da Azərbaycan və Yuta arasında vacib körpü ola bilər", deyə o, əlavə edib.

Diplomatın sözlərinə görə, iqtisadiyyatın inkişafına qonşu Ermənistanla münaqişə mane olur. Münaqişə nəticəsində Azərbaycan torpaqdarı işğal olunub və vətəndaşlarımız köçkün düşüb. Bəzi torpaqlarımızın hələ işğal altında qalmasına baxmayaraq, biz torpaqları fermerlər arasında özəlləşdirmişik, bu da daxili kənd təsərrüfatı məhsullarının əsaslı dərəcədə artımına səbəb olub. "Bilirik ki, kiçik və orta biznes istənilən millətin sabitlik nüvəsini formalaşdırır və hökumətimiz özəlləşdirməyə riayət edir. Biz beynəlxalq əməkdaşlarımız tərəfindən istənilən dostcasına məsləhətini salamlayırıq", deyə E.Sülyemanov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan müsəlman dövlətidir və ABŞ-ın etibarlı dostudur. Azərbaycan qlobal energetikaya töhfəsini verir və bizim əsgərlər İraq, Əfqanıstan və Kosovoda amerikalı əsgərlərlə çiyin-çiyinə döyüşür. Biz həmçinin eyni dəyərləri bölüşdürürük: azadlıq, dini tolerantlıq və müxtəliflik. Azərbaycan ABŞ ilə iqtisadi əlaqələrin dərinləşdirilməsinə ümid edir.

Xəbər lenti

Xəbər lenti