...

Birinci vitse-spiker: "Bələdiyyələrin hüquqlarının tam həyata keçirilməsində problemlər var"

Siyasət Materials 5 Mart 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bələdiyyələrin fəaliyyətində, onların hüquqlarının tam həyata keçirilməsində, icra strukturları ilə səlahiyyət bölgüsündə müəyyən problemlər ola bilər. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, bələdiyyələr yeni təsisat olduğuna görə, onların fəaliyyətindən fövqəladə nəticələr gözləmək ədalətsizlik olardı.

O qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilikdə boşluqlar varsa, Milli Məclis problemi həll edəcək: "Qanunlar həmişə cəmiyyətin, zamanın tələblərinə uyğun olaraq yeniləşir. Təbii ki, yeni institut olan bələdiyyələr inkişaf etdikcə, onların fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar yeni məsələlər ortaya çıxır. Bu, təbii prosesdir və belə məsələlər qanunvericiliklə tənzimlənəcək." Ədliyyə nazirliyinin bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanı 2006-cı ilin yekunları ilə bağlı parlamentdə hesabatla çıxış edib. Lakin bir çox millət vəkilləri hesabatdan narazı olduqlarını bildiriblər və bələdiyyələrlə bağlı qanunvericiliyin dəyişdirilməsini, onlara yeni səlahiyyətlər verilməsini təklif ediblər.

Xəbər lenti

Xəbər lenti