...

Gürcüstan səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır

Siyasət Materials 7 Mart 2007 12:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Martın 15-də Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzenin diplomatik missiyası başa çatır. Bu barədə səfirlikdən məlumat verilib. Diplomatik missiyadan bildirilib ki, Gürcüstanın yeni səfiri Nikolaz Natbiladzenin Azərbaycana martın sonunda gəlməsi gözlənilir. Hazırda yeni səfrin gələcək diplomatik fəaliyyəti ilə bağlı bəzi texniki məsələlər həll olunur. Parlament Nikolaz Natbiladzenin bu vəzifəyə namizədliyini artıq təsdiq edib. Azərbaycana təyinatından əvvəl Natbiladze Gürcüstanın xarici işlər nazirinin müavini postunu tutub.

Xəbər lenti

Xəbər lenti