...

Müstəntiq: "Yasamalda baş vermiş hadisə ilə bağlı həbs edilənlərin sayı arta bilər"

Siyasət Materials 12 Mart 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 8-də Yasamal rayonu ərazisində, Şərifzadə küçəsindəki "Ət bazarı"nın sökülməsi ilə əlaqədar polislərlə satıcılar arasında baş vermiş insidentlə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.

Yasamal rayon prokurorluğunun müstəntiqi Ələkbər Rzayev bildirib ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb və onlarla lazımi istintaq hərəkətləri aparılır. Müstəntiq istintaqın gedişində saxlanılan şəxslərin sayının artacağını da istisna etməyib. Məlum insident zamanı 8 nəfər polis əməkdaşı ağır, az ağır və yüngül dərəcəli bədən xəsarəti alıblar. Onlar arasında Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov da var. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti