...

UNICEF-in regional direktoru: Azərbaycan donor ölkə olmaq üçün tam potensiala malikdir

Siyasət Materials 12 Mart 2007 16:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Azərbaycan humanitar yardım ünvanı olan dövlətdən donor ölkəyə çevrilmək üçün tam potensiala malikdir. Bu barədə Azərbaycana səfəri çərçivəsində BMT-nin Uşaq Fondunun Mərkəzi və Şərqi Avropa üzrə (UNICEF) regional direktoru Mariya Kalivis bəyan edib. Azərbaycanda uşaqların vəziyyəti, səhiyyə, təhsil və sosial müdafiə sahəsində aparılan işlər üç günlük səfərlə Azərbaycanda olan UNICEF-in regional direktorunun əsas müzakirə mövzuları olacaq.

Səfər çərçivəsində bu gün M.Kalivisin xarici işlər naziri Elmar Məmmədyarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova ilə görüşüb. Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, ombudsman Elmira Süleymanova və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşlər planlaşdırılır. UNICEF-in regional direktoru təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, səhiyyə naziri Oqtay Şirəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, iqtisadi inkişaf naziri Heydər Babayev, həmçinin Azərbaycanda Avropa dövlətləri və ABŞ-ın səfiri ilə görüşmək niyyətindədir.

Görüşlər zamanı xanım Kalivis uşaqların müdafiəsi məsələsi, həmçinin ölkənin inkişaf sahəsində minilliyin məqsədlərinə çatmağın zəruriliyi məsələsinə də toxunacaq. Səfər proqramına həmçinin Bakının Dərnəgül qəsəbəsində məcburi köçkünlərə baş çəkmək və orada yaşayan uşaqların vəziyyəti ilə tanışlıq da daxildir.

Xəbər lenti

Xəbər lenti