...

İlyas İsmayılov Azərbaycanda prezident seçkiləri ərəfəsində müxalifətin yeni blok yaratmasını mümkün sayır

Siyasət Materials 13 Mart 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində yeni blokların yaranmasını mümkün sayır. İsmayılovun sözlərinə görə, partiya müxalifətin bir blokda birləşməsinin tərəfdarıdır və bu istiqamətdə irəli sürülən ideyaları dəstəkləyir: "Biz mütərəqqi ideyaların tərəfdarıyıq. Siyasilərin bir blokda birləşib ümummilli məsələlərdə birgə mübarizə aparması müsbət addım olar. Ədalət Partiyası bu istiqamətdə səslənən təkliflərin hamısını təhlül etməyə hazırdır".

Xəbər lenti

Xəbər lenti