...

GUAM Milli Koordinatorlar Şurası iclasının gündəliyinə nüvə və radiasiya təhlükəsizliyi barədə Memorandum məsələsi də çıxarılıb

Siyasət Materials 15 Mart 2007 19:21 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ Martın 15-16-da Kiyevdə keçirilən GUAM Milli Kordinatorlar Şurası icalasının gündəliyinə GUAM-a üzv ölkələrin hökumətləri arasında nüvə və radiasiya təhlükəsizliyi barədə Memorandum məsələsi də daxil edilib.

Sənəddə əks olunduğu kimi, bu məsələ sahəvi əməkdaşlıq çərçivəsində müzakirə olunacaq.

Bundan başqa, hərbi-siyasi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması ilə bağlı məsələ də gündəliyə daxil edilib.

Sülhməramlı və humanitar əməliyyatlarda iştirak etmək üçün hərbi hissələrin yaradılması da Şuranın icalasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti