...

Hərbçilər üçün şəhərciklər tikiləcək

Siyasət Materials 17 Mart 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ 2007-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün hərbi şəhərciklər tikiləcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin (AŞPA) üzvü, millət vəkili Elmira Axundova bildirib ki, ordunun zabitləri üçün şəhərçiklər ölkənin bir neçə bölgəsində tikiləcək.

"Biz cəbhə bölgəsinə etdiyimiz ikinci səfərdən sonra prezident İlham Əliyevə böyük bir məkbut yazdıq və həlli vacib olan bir sıra mühüm problemləri dövlət başçısının nəzərinə çatdırdıq. Bura zabit heyətinin maaşlarının kəskin şəkildə artırılması, onlar üçün evlərin və şəhərçiklərin tikilməsi, Hərbi Prokururluğun hərbçiləri əsassız yerə incitməsi və sair məsələlər daxil idi", -deyə millət vəkili bildirib.

E.Axundova qeyd edib ki, sonradan Prezidentin İcra Aparatının məsul işçiləri ilə danışıb. Oradan bildiriblər ki, məktubda əks olunan məsələlər ciddi şəkildə araşdırılıb və prezident İlham Əliyev müvafiq nazirliklərə problemlərin həlli üçün ciddi tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti