...

Vitse-spiker:"MSK-nın hazırkı formatı Azərbaycanın reallığına uyğundur"

Siyasət Materials 19 Mart 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı formatı Azərbaycanın reallığına uyğundur. Milli Məclisin sədr müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı irəli sürülən təkliflərin məntiqi yoxdur.

"Ona görə də, poritetlə bağlı təkliflərin əsası yoxdur. Bu təklifi verənlər ən azı siyasi qüvvələr nisbətinə nəzər yetirməlidirlər. Hansı məntiqlə zəif müxalifət güclü hakimiyyətlə eyni səviyyədə təmsil olunmalıdır?", - deyə Bahar Muradova bildirib.

Onun fikrincə, iqtidarın güclü, müxalifətin isə zəif olması faktını bütün tərəflər qəbul etməlidirlər: "Müxalifət bilməlidir ki, seçkilərin taleyini seçki komissiyasında oturub bülleten sayanlar yox, seçicilər həll edir. Onlar bu reallığı nəhayət ki, dərk etməlidirlər".

Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı rəsmi Bakı ilə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında danışıqlar davam etdirilir. Avropa sturukturları seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının tələb edirlər. Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı rəsmi Bakı ilə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında danışıqlar davam etdirilir. Avropa sturukturları seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının tələb edirlər.

Xəbər lenti

Xəbər lenti