...

Metyu Brayza: "Xəzər regionunda enerjitəhlükəsizliyi sahəsində əməkdaşlıq barədə Amerika-Azərbaycan memorandumu Avropaya qaz tədarükçüləri arasında rəqabəti artıracaq"

Siyasət Materials 23 Mart 2007 15:46 (UTC +04:00)
Metyu Brayza: "Xəzər regionunda enerjitəhlükəsizliyi sahəsində əməkdaşlıq barədə Amerika-Azərbaycan memorandumu Avropaya qaz tədarükçüləri arasında rəqabəti artıracaq"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov. Martın 22-də ABŞ və Aazərbaycan arasında imzalanmış Xəzər regionunda enerjitəhlükəsizliyi sahəsində əməkdaşlıq memorandumu Avropaya qaz tədarükçüləri arasında rəqabəti artıracaq. Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibi müavininin köməkçisi Metyu Brayzanın Vaşinqtonda jurnalistlərə verdiyi müsahibəsinə görə, ABŞ "rəqabəti artırmağa çalışır ki, Avropa qaz bazarı indi olduğu kimi disfunksional olmasın". Bununla yanaşı amerikalı diplomat bildirib ki, bu memorandumla daha da inkişafı nəzərdə tutulan, Avropaya əlavə qaz tədarükçülərinin peyda olması Rusiya "Qazprom"unun maraqlarına cavab vermir.

Brayza hesab edir ki, memorandum Avropaya qaz tədarükçüləri arasında rəqabəti artırsa da Rusiya "Qazprom"unun biznesində hiss olunmayacaq. Brayzanın sözlərinə görə, "Qazprom artıq böyük bazar payına malikdir. Rusiya Türkiyə üçün 65%, Avropa üçün isə 40% qaz tədarük edir".

Xəzər regionunda enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə anlaşma memorandumu ABŞ Dövlət Katibi Kondaliza Rays və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun görüşündə imzalanıb.

Sənəd Avropaya tədarük olunmaq üçün neft və qaz hasilatının artırılmasını, həmçinin Qərbə yeni kəmərlərin tikintisini nəzərdə tutur. Sənəddə Xəzər regionunda enerji təhlükəsizliyi sahəsində ABŞ dövlət Katibliyi və Azərbaycan XİN-nin həmsədrliyi ilə yüksək səviyyəli dialoqa başlamaq meylləri əks olunub.

Xəbər lenti

Xəbər lenti