...

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri ABŞ-da səfərdədir

Siyasət Materials 27 Mart 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti R.Saudriettenin Ümumdünya Seçki Təşkilatı adından ünvanladığı dəvətə əsasən ABŞ-a gedib. Bu barədə MSK-dan məlumat verilib.

Səfərin məqsədi Ümumdünya Seçki Təşkilatının Vaşinqtonda keçiriləcək konfransında iştirak etməkdir. Konfrans zamanı seçki məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər martın 31-dək davam edəcək.

Ümumdünya Seçki Təşkilatının konfransı dünya seçki qurumları rəhbərlərinin təcrübə mübadiləsi və təmaslarının qurulması məqsədilə bir araya gəldiyi əsas yığıncaqdır. Seçki sahəsində nüfuzlu qurumların qatıldığı bu konfransın keçirilməsinə 1999-cu ildən başlanılıb.

MSK sədrinin səfər çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti