...

Səfir:Polşa prezidentinin Azərbaycana səfəri çərçivəsində beş sənədin imzalanması planlaşdırılır

Siyasət Materials 28 Mart 2007 14:21 (UTC +04:00)
Səfir:Polşa prezidentinin Azərbaycana səfəri çərçivəsində beş sənədin imzalanması planlaşdırılır

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/30-31 mart tarixində Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana rəsmi səfəri çərçivəsində birgə sənədin imzalanması planlaşdırılır. Bu barədə Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib. Onun sözlərinə görə, danışıqların yekununda Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlığa dair 2-3 ikitərəfli sənədin imzalanması gözlənilir. Sənədlər iki ölkə ekspertləri tərəfindən hazırlanıb, hazırda saziş layihələri və səfər proqramının razılaşdırılması prosesinin tamamlanması işi aparılır, deyə səfir qeyd edib. Səfər proqramına Azərbaycan prezidenti İlham Əliyevlə görüş, iki ölkə hökuməti üzvlərinin geniş tərkibdə görüşü, Bakı Slavyan Universitetinə baş çəkmək və s. daxildir.

Xəbər lenti

Xəbər lenti