...

Metyu Brayza:ABŞ Qafqazda RƏMS radarları yerləşdirməyə hazırlaşmır

Siyasət Materials 30 Mart 2007 11:43 (UTC +04:00)
Metyu Brayza:ABŞ Qafqazda RƏMS radarları yerləşdirməyə hazırlaşmır

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/ABŞ Qafqazda RƏMS radarları qurmağa hazırlaşmır. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına əsasən, bu barədə ABŞ dövlət katibi məsləhətçisinin müavini Metyu Brayza Gürcüstanın müdafiə naziri ilə görüşdən sonra bəyan edib.

Brayzanın bəyan etdiki kimi, general Henri Oberinq RƏMS radarlarının yerləşdirilməsi imkanları barədə danışarkən Gürcüstan və ya digər Qafqaz dövlətlərini nəzərdə tutmayıb.

"General dəqiq olaraq aydınlıq gətirib ki, söhbət Qafqazdan getmir" - deyən Brayza əlavə edib ki, indiki mərhələdə RƏMS radarlarının yerləşdirilməsi ilə bağlı danışıqlar Polşa və Çexiya Respublikası ilə aparılır.

Xəbər lenti

Xəbər lenti