...

YAP İmişli rayon təşkilatının sədri dəyişib

Siyasət Materials 31 Mart 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası ( YAP) İmişli rayon təşkilatının VI konfransında təşkilata yeni sədr seçilib. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib. Konfransda 320 nəfər iştirak edib və səsvermə nəticəsində Səfa Ağayev Yaşar İsmayılovu əvəz edib. Konfransda İmişli rayon təşkilatının sədri Yaşar İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Eyni zamanda təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının 39 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupu seçilib. YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və YAP siyasi Şurasının üzvü Vüqar Rəhmzadə konfransda iştirak ediblər.

Konfransın sonunda Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti