...

"Təhsil haqqında" qanun müzakirəyə çıxarılacaq

Siyasət Materials 2 Aprel 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Aprelin sonu-mayın əvvəlində "Təhsil haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu barədə bazar ertəsi Bakıda parlamentin Elm və Təhsil məsələləri daimi komissiyasının üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanun gələn həftə Elm və Təhsil məsələləri daimi komissiyasının iclasında müzakirə olunacaq. A.Məhərrəmov vurğulayıb ki, bu müzakirələrdən sonra bir sıra mühüm məsələlərin neçə həll olunacağı haqqında fikir söyləmək olar: "Hələlik bu haqda nəsə demək çətindir. Çünki işçi qrup layihə üzərində işini davam etdirir."

Millət vəkili deyib ki, təmsil etdiyi komissiyanın hazırladığı layihədə müəyyən dəyişiklik edilib. Təhsil Nazirliyi parlamentin Elm və Təhsil məsələləri daimi komissiyasının hazırladığı layihəni ciddi şəkildə öyrənib və öz təkliflərini sənədə əlavə edib.

"Konseptual baxımdan hər iki istiqamət üzrə razılaşmalar var və onlar ortaya qoyulacaq. Onlar üzərində son tamamlama işləri aparılır", -deyə A.Məhərrəmov bildirib.

Onun sözlərinə görə, qanunda universitet rektorlarının həm seçki yolu ilə müəyyənləşdirilməsi, həm də prezident tərəfindən təyin olunması nəzərdə tutulub. Belə ki, əvvəlcə seçki keçirilir və ilk üçlüyü tutan şəxslərdən biri prezident tərəfindən rektor təyin olunur.

Xəbər lenti

Xəbər lenti