Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan Xəzərin hüquqi statusu məsələsi ilə bağlı Rusiya, Qazaxıstan, həmçinin İranla mövqelərin yaxınlaşmasına nail olub. Bu barədə çərşənbə axşamı Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 15 illiyinə həsr olunmuş mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, növbəti beştərəfli görüş apreldə Astanada baş tutacaq və həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə mövqelərin yaxınlaşması hiss olunur.