...

Aprelin II ongünlüyündə Azərbaycan seçicilərinin ilkin siyahısı açıqlanacaq

Siyasət Materials 4 Aprel 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda səsvermə hüququ olan vətəndaşların - seçicilərin ilkin siyahısı aprelin ikinci ongünlüyündə açıqlanacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

Seçicilərin yekun siyahısı isə mayın 30-da "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsində yerləşdiriləcək.

İ.Babayev bildirib ki, dairə seçki komissiyalarının seçici siyahılarını MSK-ya təhvil verməsi prosesi aprelin 5-də başa çatır. Aprelin 5-dən etibarən MSK 10 gün ərzində bu siyahıları dəqiqləşdirməli, mayın 30-dək isə rəsmi internet səhifəsində yerləşdirməlidir. Babayevin sözlərinə görə, aprelin ikinci ongünlüyündə artıq seçicilərin ilkin siyahısı açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti