...

Millət vəkili Mehriban Əliyeva Fransada bir sıra görüşlər keçirib

Siyasət Materials 5 Aprel 2007 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P.Əmircanov/ Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində bu ölkə Milli Assambleyasının sədri Patrik Ole ilə görüşüb. Assambleya sədri Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yanvarında Fransaya səfərini xatırladaraq ölkələrimiz araksında yaxşı əməkdaşlığın qurulduğunu vurğulayıb.

Mehriban Əliyeva mədəni sahədə Fransa-Azərbaycan əlaqələrinin inkişafının zəruriliyini xüsusilə qeydğ edib, Fransada Azərbaycan, Azərbaycanda isə Fransa günlərinin keçirilməsini təklif edib. Tərəflər parlamentlərarası və iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.

Sonra Mehriban Əliyeva Fransanın mədəniyyət və kommunikasiyalar naziri və xarici işlər nazirinin xanımı ilə görüşlər keçiriilb.

Xəbər lenti

Xəbər lenti