...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Siyasət Materials 7 Aprel 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəsi yenidən pozub. Erməni hərbi birləşmələri Tərtər rayonunun işğal altında olan Talış kəndindəki yüksəklikdən cümə günü axşam saat 22:00-dan gecə 01:00 radələrinə qədər üzbəüz mövqedəki Goranboy rayonu Tapqaraqoyunlu kəndini iriçaplı silahlardan atəşə tutub. Nəticədə kənd sakinlərinə məxsus 20-yə yaxın fərdi yaşayış evinə, o cümlədən Tapqaraqoyunlu kənd orta məktəbinə ziyan dəyib. İtki yoxdur.

Müdafiə Nazirliyi məlumatı nə təsdiq, nə də təkzib edib.

Xəbər lenti

Xəbər lenti