...

Səfir: May ayında Bakıda İordaniya səfirliyi fəaliyyətə başlayacaq

Siyasət Materials 9 Aprel 2007 17:29 (UTC +04:00)
Səfir: May ayında Bakıda İordaniya səfirliyi fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İordaniyanın Azərbaycandakı səfirliyi bu ilin may ayından etibarən fəaliyyətə başlayacaq. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslının bildirdiyinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan ikitərəfli görüşlərdə məlumat verilib.

İordaniya XİN-nin məlumatına görə, may ayının əvvəlində İordaniyanın müvəqqəti işlər vəkili Bakıya gələcək. Səfir xəbər verib ki, Azərbaycanın xarici işlər naziri İordaniyaya səfəri zamanı öz həmkarı Abdel İlah əl-Xətib, baş nazir Maaruf əl-Bəhit, Senatın sədri və Əmmanın meri Amur Əlmani ilə görüşüb. Tərəflər Yaxın Şərq və Dağlıq Qarabağdakı məsələlərlə bağlı fikir mübadiləsi aparıb, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Səfir məlumat verib ki, görüşün yekunlarına əsasən, Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq barədə Memorandum imzalanıb.

Azərbaycanın XİN rəhbəri İordaniyadan Suriya və Livana rəsmi səfərə yola düşüb.

Xəbər lenti

Xəbər lenti