...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşğa dair sənəd təsdiq edilib

Siyasət Materials 10 Aprel 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış "Regional əməkdaşlıq üzrə ümumi baxış haqqında" Tbilisi bəyannaməsi təsdiq olunub.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, saziş 2007-ci il fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

O qeyd edib ki, sənəd böyük əhəmiyyət kəsb edir: "Bu sənəd regional əməkdaşlıq məsələsində və beynəlxalq səviyyədə həyata keçirilən layihələrin icrasında Azərbaycanın rolunun artıdığını göstərir."

V.Ələsgərov qeyd edib ki, bu sənəd regional əməkdaşlığın yeni və çox əhəmiyyətli mərhələsinin başlanğıcıdır. Eyni zamanda, Avropa ilə əməkdaşlığın vacibliyini qeyd edir və tərəflərin bu məsələdə niyyətlərini əks etdirir.

V.Ələsgərov məlumat verdikdən sonra deputatlar sənədi təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti