...

Milli Məclisin sədri: "Avropa Şurası Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir"

Siyasət Materials 13 Aprel 2007 16:09 (UTC +04:00)
Milli Məclisin sədri: "Avropa Şurası Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deputat Pənah Hüseynin Avropa Şurası Parlament Asambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycanı gərgin müzakirələrin gözləməsi ilə bağlı fikirlərinə münasibət bildirərəkən belə deyib.

"Çox təəssüflər olsun ki, bizdə belə bir fikir yaranıb ki, Avropa Şurası bir xortdandır və onunla Azərbaycanı qorxudurlar. Azərbaycan bu qurumun tamhüquqlu üzvüdür. Nəyə görə bizi Avropa Şurası ilə qorxudurlar? Biz Avropa Şurasının tədbirlərinə gedirik, orada öyrənirik", -deyə cənab Əsədov vurğluayıb.

O.Əsədov bu məsələ ilə bağlı ölkə mətbuatında gedən yazılardan narazı olduğunu deyib.

O qeyd edib ki, Azərbaycanın Avropra Şurasında təzyiqlərlə üzləşməsi haqqında mətbuatda dərc olunan fikirlər həqiqəti əks etdirmir: "Bu qurumda Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər."

AŞPA-nın yaz sessiyası aprelin 16-dan 20-dək Strasburqda keçiriləcək. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icra vəziyyəti müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti