...

Azərbaycan XİN rəhbəri Livan prezidenti ilə görüşüb

Siyasət Materials 13 Aprel 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Beyrutda Livanın prezidenti Emil Lahudla görüşüb. Bu barədə Azərbayacanın Livandakı fəxri konsulu Nazih Qassub məlumat verib.

Görüş zamanı iki ölkə arasında bir çox sahələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan XİN rəhbəri Livanın baş naziri Fuad Sinyora və parlamentin spikeri Nabih Berri ilə də görüşüb.

Bu gün xarici işlər nazirinin 3 Yaxın Şərq ölkəsinə səfəri başa çatır.

Livana səfər edənədək Elmar Məmmədyarov Suriya və İordaniyada olub.

Xəbər lenti

Xəbər lenti