...

Azərbaycanın hüquq müdafiəçiləri Avropa Şurasında görüşlər keçirib

Siyasət Materials 16 Aprel 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Strasburqda səfərdə olan hüquq müdafiəçiləri və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov bir sıra görüşlər keçiriblər. Bu barədə bazar ertəsi Trend ə Strasburqdan telefonla "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib.

Namazov qeyd edib ki, AŞPA Monitorinq və Siyasi komitələrinin üzvləri, Avropa Şurası Venesiya Komissiyasının sədri, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri və müxtəlif fraksiyaların nümayəndələri ilə görüşlər keçiriblər.

Namazov bildirib ki, sabiq səhiyyə naziri Əli İnsanov və hazırda həbsdə olan millət vəkili Hüseyn Abdullayevlə bağlı məsələnin müzakirə olunması xahişi ilə çıxış ediblər.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr aparıblar. Onun sözlərinə görə, Ermənistan təmsilçiləri Azərbaycanın öhdəlikləri ilə bağlı məruzənin Dağlıq Qarabağ münaqişəsi haqqındakı hissəsinə müəyyən düzəlişlər etmək istəyirlər.

O əlavə edib ki, qarşıdakı günlərdə AŞPA, Avropa Şurası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində bir sıra görüşlər keçirəcəklər.

Bir neçə saatdan sonra Strasburqda AŞPA-nın yaz sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə ediləcək. İclasda Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Əli Hüseynov və Rafael Hüseynovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti