...

Azərbaycan prezidenti Elmlər Akademiyası işçilərinin maaşlarında dəyişiklik edib

Siyasət Materials 18 Aprel 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev "Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında" 2002-ci il bir iyul tarixli sərəncamında dəyişiklik edilməsi barədə çərşənbə günü sərəncam verib. Yeni sərəncamla əvvəlki sərəncamın ikinci bəndinə dəyişiklik edilib.

Bənd "Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 700 manat məbləğində müəyyən edilsin" formasında dəyişdirilib.

Sərəncam 2007-ci il bir may tarixindən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti