...

Azərbaycan MM İcra Aparatının rəhbəri: "Venesiya Komissiyasının verdiyi təkliflərin müzakirələri sentyabradək yekunlaşmalıdır"

Siyasət Materials 18 Aprel 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı AŞ-nin Venesiya Komissiyasının son təklifləri Azərbaycan hökuməti tərəfindən müzakirə edilərək sentyabradək təqdim olunmalıdır. Bu barədə Trend ə çərşənbə günü MM-in İcra Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

Mirzəyevin sözlərinə görə, Venesiya Komissiyasının təkliflərində Azərbaycanın məqbul saydığı məqamlar da var. Hazırda həmin təkliflərin müzakirə olunduğunu bildirən aparat rəhbəri bildirib ki, tərəflərin razılığına əsasən, tam razılıq əldə olunmayanadək müzakirə olunan təkliflər ictimaiyyətə açıqlanmayacaq. Mirzəyev müzakirə olunan təkliflər sırasında seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı təklifin olduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti