...

Azərbaycanın müxalifətçi Birliyi seçki dövründə fəaliyyətini bərpa edəcək

Siyasət Materials 20 Aprel 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifətçi partiyanın birləşdiyi Azərbaycançı Qüvvələr Birliyi (AQB) hazırda fəaliyyət göstərmir. Bu barədə Birlikdə təmsil olunan Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nuri məlumat verib.

Azərbaycançı Qüvvələr Birliyi Sosial Demokrat, Vəhdət və İslam partiyaları tərəfindən yaradılmışdı. Sonradan Sosial Demokrat və Vəhdət partiyaları bu qurumu tərk etdilər. Hazırda AQB-də "İslam", "Xalq Dirçəliş" və "Birlik" partiyaları təmsil olunur.

İslam Partiyasının sədri qeyd edib ki, aktiv fəaliyyəti olmasa da, AQB buraxılmayıb.

Onun sözlərinə görə, seçkilər ərəfəsində AQB yenidən fəallığını bərpa edəcək. Qurum 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Sədr onu da deyib ki, hazırda İslam Partiyası özünün altıncı qurultayına hazırlaşır. Qurultayın yayda olması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti