...

Nazir: "Azərbaycan son iki ildə Rusiyaya 40-dək cinayətkar təhvil verib"

Siyasət Materials 21 Aprel 2007 13:39 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Son iki ildə Azərbaycan Rusiyaya 40-dək cinayətkar təhvil verib. Bu barədə Moskvada Rusiya daxili işlər naziri Rəşid Nurqaliyevlə danışıqların nəticələrinə dair keçirilən mətbuat konfransında Azərbaycan daxili işlər naziri Ramil Usubov məlumat verib.

Usubovun sözlərinə görə, Rusiya hər il Azərbaycanda cinayət törədib Rusiyada gizlənən 300-dək Azərbaycan vətəndaşını təhvil verir. Məsələn, 1996-1998-cı illərdə onların sayı 400-500 nəfərə çatırdı. İndi isə Azərbaycanda cinayətkarlar vaxtında tutulduqları və bu səbəbdən ölkə hüdudlarını tərk edə bilmədikləri üçün bu göstərici azalıb.

Xəbər lenti

Xəbər lenti