...

Azərbaycan prezidenti Roma Papasına və İsrail prezidentinə təbrik ünvanlayıb

Siyasət Materials 23 Aprel 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə tacqoyma gününün ildönümü münasibətilə təbrik məktubu göndərib. Prezident Papaya özünün və Azərbaycan xalqının adından təbriklərini çatdıraraq Azərbaycan-Vatikan münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf edəcəyinə əminliyini bildirib.

İlham Əliyev həmçinin İsrail dövlətinin prezidenti Moşe Katsava da təbrik ünvanlayıb. İsrailin milli bayramı - müstəqillik günü münasibətilə M.Katsavı və yəhudi xalqını təbrik edib, Azərbaycan ilə İsrail arasındakı dostluq, əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti