...

"Alternativ hərbi xidmət haqqında" qanun layihəsi ekspertiza üçün Avropa Şurasına göndərilib

Siyasət Materials 24 Aprel 2007 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi ekspertiza üçün Avropa Şurasına göndərilib. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib.

"Azərbaycan Avropa Şurasına daxil olarkən "Alternativ hərbi xidmət haqqında" qanun qəbul etməklə bağlı öz üzərinə öhdəlik götürüb. Bu qanunun qəbulunun gecikməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Amma Azərbaycan bu öhdəliyi də yerinə yetirəcək", -deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti