...

Azərbaycanın müxalifət partiyası beynəlxalq təşkilatlara müraciət hazırlayıb

Siyasət Materials 25 Aprel 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) beynəlxalq təşkilatlara müraciət hazırlayıb. Bu barədə partiyanın sədri Ayaz Rüstəmov məlumat verib.

Müraciət AMİP-in uzun illərdir ki, qərargahsız qalması ilə bağlıdır. Müraciətdə AMİP-in tarixi, qərargahının əlindən alınması, qərargahla təmin olunmaq üçün partiyanın müvafiq dövlət orqanlarına müraciətlərinə müsbət cavablar alınmaması barədə məlumat verilir.

Partiya beynəlxalq təşkilatlardan demokratik təsisatların inkişaf etdirilməsi üçün Azərbaycan hökumətinə təsir göstərməyi xahiş edir.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olmuş Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti