...

Azərbaycan MSK sədri: "Dairə seçki komissiyaları üçün yeni binaların tikilməsinə başlanılıb"

Siyasət Materials 26 Aprel 2007 17:08 (UTC +04:00)
Azərbaycan MSK sədri: "Dairə seçki komissiyaları üçün yeni binaların tikilməsinə başlanılıb"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın bəzi dairə seçki komissiyaları üçün yeni binaların tikilməsinə başlanılıb. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə axşamı açıqlama verib.

MSK sədri bildirib ki, dairə seçki komissiyalarının fəaliyyətinin araşdırılması zamanı daha çox müşahidə edilən məsələ DSK-ların iş şəraitinin əlverişli olmaması ilə bağlıdır. Bununla əlaqədar artıq Azərbaycanın müvafiq dövlət qurumları lazımi işlərə başlayıblar: "Ölkə üzrə bütün dairə seçki komissiyalarının təxminən 70 faizinin iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, yeni binalar tikilir. Bütün bu işlər bu ilin sonuna kimi başa çatdırılacaq".

Pənahov qeyd edib ki, yaxın günlərdə MSK rəhbərliyinin iştirakı ilə bəzi DSK-ların yeni binalarının açılışı olacaq.

Xəbər lenti

Xəbər lenti