...

Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri: "İslam dininin dünyada yalnış şəkildə təbliğ olunan imicini dəyişmək lazımdır"

Siyasət Materials 28 Aprel 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ İslam dinin dünyada yalnış şəkildə təbliğ olunan imicini dəyişmək lazımdır. Bu barədə şənbə günü Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Bakıda keçirilən "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn Hikmət Çətin bildirib.

Çətin qeyd edib ki, uzun illərdir, əsasən də 2001-ci ilin 11 sentyabrda Nyu-Yorkda baş verən terror hücumundan sonra İslam dininə günü-gündən güclənməkdə olan səhv bir yanaşma var, "Əl-Qaidə", "Taliban" və digər terrorçu təşkilatlardan qaynaqlanan yalnış təsəvvür formalaşıb: "Lakin terror terrordur. Terrorun dini, məzhəbi olmaz. Terrorla mübarizə bütöv bir prosesdir və onu mütləq həyata keçirmək lazımdır. Təəssüf ki, İslam dininin yanlış bir imiçi yaradılıb".

Onun fikrincə, Bakıda keçirilən konfrans bu problemi tamamilə çözə bilməz. Sabiq spiker vurğulayıb ki, İslam dininin mənfi imicin aradan qaldırılması məsələsində müsəlman ölkələrinin, o cümlədən elm adamlarının üzərinə böyük iş düşür.

"Onlar bir araya gəlib İslam dininin nəyi rədd etdiyini, nəyi uyğun görmədiyini və mahiyyətinin nə olduğunu çox acıq şəkildə söyləmləri vacibdir", - deyə Çətin bildirib.

Bu məsələdə mətbuatın üzərinə böyük iş düşdüyünü qeyd edən sabiq spiker deyib ki, cəmiyyətdəki proseslərin təşkilində və istiqamətləndirilməsində mətbuatın böyük rolu var: "Amma mətbuatın müstəqiliyi ilə yanaşı məsuliyyəti də olmalıdır. Bəzi məsələləri sadəcə müstəqilliklə əsəslandırmaq mümkün deyil. Əgər hər hansı bir müstəqillik başqalarının inancını, illərdir inandığı bir məsələni narahat edirsə, həqarətə məruz qoyursa, o zaman həmin məsələlərdə daha diqqətli hərəkət etmək lazımdır. İnsanların inanclarını, yaşamlarını təhdid edəcək və ya hər hansı problem yaradacaq davranışlardan qaçmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti