...

"Demokratiya Uğrunda İttifaq" müxalifət partiyaları ilə danışıqlar aparmayacaq

Siyasət Materials 30 Aprel 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifət partiyasının birləşdiyi Demokratiya Uğrunda İttifaq bu qurumun genişlənməsi üçün digər partiyalara müraciətlər etməyəcək. Bu barədə İttifaqda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanlarda heç bir müxalifət pariyası ilə danışıqlar aparılmayacaq. "Bu İttifaqın yaradılması ərəfəsində 14 partiyaya müraciətlər edilmişdi. Onlardan bəziləri bildirdi ki, biz İttifaqa sonradan qoşulacağıq. Blok hər kəsə açıqdır və maraqlı olan partiyalar bura daxil ola bilər. Amma biz heç kəsə bir daha müraciət etməyəcəyik" - deyə Azadlıq Partiyasının sədri qeyd edib.

Oruc onu da deyib ki, İttifaqın Əsasnaməsinin və fəaliyyət proqramının hazırlanmasına qərar verilib.

Demokratiya Uğrunda İttifaq üç müxalifət pariyası - Azadlıq, Milli Demokrat və Klassik Xalq Cəbhəsi partiyaları tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti